CƏMİYYƏT

“Zəfər” yarmarkasının “Yaşat” fonduna töhfəsi

Dənizkənarı Bulvar ərazisində təşkil olunan “YAŞAT” fondunun “Zəfər” yarmarkası başa çatıb. Fonddan  verilən məlumata görə, ümumilikdə 12 gün ərzində yarmarka müddətində toplanmış 64 min 558 manat vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” fonduna ianə edilib. Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan və 29 oktyabr – 9 noyabr tarixini əhatə edən yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutub. Yarmarkanın təşkilatçıları “YAŞAT” fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyası olub.

 T.Rüstəmov