İQTİSADİYYAT

Azərbaycan 182 ölkədən tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

Yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə 112 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal edilib.