GÜNDƏM

Erməni quldur Şuşa–Xankəndi yolunda terror törədib

Bu  gün səhər saatlarında Xankəndi–Şuşa yolunda Azərbaycan ordusu ilə Rusiya sülhməramlı kontingentinin birgə postlarından birində terror aktı baş verib.

   Yük maşınında posta yaxınlaşan erməni milliyətindən olan şəxs gözlənilmədən qumbara çıxararaq postun Azərbaycan hərbçiləri dayanan hissəsinə atıb. Vaxtında ərazidən uzaqlaşa bilən hərbçilərimiz ciddi xəsarətlər almadan xilas olublar. İlkin ehtimallara görə, hadisəni törədən şəxsin adı Norayrdır və o, Xankəndi şəhər sakinidir. Onun terror aktı üçün istifadə etdiyi qumbara isə RQD-5 qumbarasıdır. Hadisədən sonra sülhməramlılar terrorçunu saxlayıblar.Şuşa yaxınlığında erməni terroru nəticəsində 3 azərbaycanlı hərbçi yaralanıb, cinayət işi açılıb.

 

T.Rüstəmov