İQTİSADİYYAT

İndiyədək sənaye zonalarında 5 milyard manatdan çox məhsul istehsal edilib

İndiyədək sənaye zonalarında 5 milyard manatdan çox məhsul istehsal edilib. Bunun 1,4 milyard manatlıq hissəsi və ya təxminən 28 faizi ixrac olunub. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, cari ilin 9 ayında isə sənaye zonalarında məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz artaraq 1,5 milyard manatdan çox olub, ixrac isə 2 dəfə artımla 545 milyon manat təşkil edib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,3 faiz, ixracında 25,9 faiz olub.