İQTİSADİYYAT

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 9,1 faiz artıb

2021-ci ilin yanvar-oktyabr ayları ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artaraq 107,3 milyon manat olub, proqnoz 108,4 faiz icra edilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 faiz artaraq 79,5 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 110,5 faiz icra olunub.