GÜNDƏM

Masallı rayonunda mebel fabrikində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat qəbul edilən kimi nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsindədir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.