KRİMİNAL

Goranboy rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlər”lə açılıb

Goranboy rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində “isti izlər”lə açılıb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, noyabrın 13-də Goranboy rayonunun Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkarlanması ilə bağlı Xocalı Rayon Prokurorluğunda aparılan araşdırmalarla noyabrın 10-da Yevlax şəhər sakini 1977-ci il təvəllüdlü Coşqun Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı 1968-ci il təvəllüdlü Qədir Ələsgərovu avtomobillə Yevlax şəhərindən Ballıqaya kəndi ərazisinə gətirərək orada sonuncunun baş nahiyəsinə daşla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Coşqun Əhmədov rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.