İQTİSADİYYAT

Azərbaycanın strateji valyuta ehtiyatları 63,5 milyard dollara çatır

“1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub.” Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib:
“Bunun yarısı xarici sərmayələrdir, o cümlədən, ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard dollar investisiyanın 6,3 milyard dolları artıq yatırılıb. Bu il Azərbaycan iqtisadiyyatı həcminə görə 2019-cu ildəki səviyyəni üstələyəcək, ölkənin strateji valyuta ehtiyatları 108 milyard manata (63,5 milyard ABŞ dolları) çatacaq ki, bu da xarici dövlət borcundan bir neçə dəfə çoxdur.”

T.Rüstəmov