MARAQLI

Ürək və damarlar üçün faydalı mineral və vitaminlər

Ürək və damarların həm profilaktikası, həm də müxtəlif xəstəlikləri zamanı qorunması və metobolik proseslərin tənzimlənməsi üçün həkimlər kardiopreparatlardan əlavə, vitamin və minerallar da təyin edirlər. Belə vitaminlər hansılardır?
– Kalium, maqniezium mineralları ürəyin işini təmin edən maddələrdir. Onlar çatışmadıqda ürək normal işləyə bilmir;
– sərbəst radikallardan ürəyi qorumaq üçün antioksidant təsirli A, E, C vitaminləri, selen təyin edilə bilər;
– B, B6, B 12 vitaminləri və L-karnitin xüsusi metobolik maddəsi ürəyin yağ, lipid balansını təmin edir;
– Asparkamın tərkibində maqnezium və kalium var;
– Riboksin antiaitmik və antihipoksik anabolik preparatdır;
– Omeqa 3, 6 balıq yağı;
– Vitamin D.
Bu preparatları ürək və qanda müayinələr apardıqdan sonra, həkim kardioloq müalicə kursu ilə, növbəli şəkildə 1 ay təyin edir.

T.Rüstəmov