DÜNYA

Avropada “korona qiyamı”

Avropanın 4 ölkəsində koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyaları keçirildi. Bu gün Avropanın bir sıra ölkələrində koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq aksiyalar keçirilib.

Böyük Britaniya, Xorvatiya, Litva və Avstriyanın mərkəzi şəhərlərində minlərlə insan küçələrə çıxaraq əsasən məcburi peyvəndlənməyə, “COVİD pasport”-larına qarşı etirazlarını nümayiş etdiriblər. Etirazçılar “Mənim bədənim, sağlamlığım, mənim qərarım”, “Hamı üçün azadlıq, peyvənd etməyə məcburiyyət yoxdur”, “Millət artıq hakimiyyət üçün mövcud deyil, öldü” və s. şüarlar səsləndiriblər. Nümayişlərin sakit keçdiyi bildirilir, polisin müdaxiləsi olmayıb.

T.Rüstəmov