SƏHİYYƏ

Bu gün Azərbaycanda 16 mindən çox insana koronavirus əleyhinə “buster” doza vurulub

Noyabrın 21-də Azərbaycanda 25min 256 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3509, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5325 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 16 min 422 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 267 min 178, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 50 min 602, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 524 min 841 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 716 min 991 nəfər təşkil edir.