İQTİSADİYYAT

IFC indiyədək Azərbaycana 850 milyon dollar investisiya yatırıb

İnkişaf etməkdə olan bazarlarda özəl sektora dəstək sahəsində ixtisaslaşan ən iri qlobal təşkilat olan Beynəlxalq Maliyyə Korporasiyası (International Finance Corporation – IFC, Dünya Bankı Qrupunun üzvü) səfərbər edilən resurslar daxil olmaqla Azərbaycana indiyədək təxminən 850 milyon ABŞ dolları investisiya yatırıb.

 

Bu barədə Dünya Bankının press-relizində deyilir.