CƏMİYYƏT

Ədliyyə Nazirliyi dünya birliyinə ermənilərin cinayətləri barədə 450-dək müraciət ünvanlayıb

Ölkəmizə qarşı hərbi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunmasının təşviqi istiqamətində Ədliyyə Nazirliyi məqsədyönlü işlər həyata keçirib. Bu məqsədlə Azərbaycan, ingilis və rus dillərində “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılaraq daim zənginləşdirilib, müxtəlif saytlara inteqrasiyası təmin olunub. Nazirlik 80-ə yaxın ölkənin ədliyyə nazirliklərinə, xarici tərəfdaşlara və nüfuzlu beynəlxalq təşkilata ümumilikdə 450-dək məktub göndərib, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil edib. Ərazilərimizin işğalı, erməni vandalizmi, müharibə cinayətləri, azərbaycanlıların etnik təmizləməyə və soyqırımına məruz qalması vurğulanıb, xalqımızın haqlı mövqeyi diqqətə çatdırılıb.
Avropa Şurası ədliyyə nazirlərinin konfransında ermənilərin insanlıq əleyhinə və müharibə cinayətləri təfsilatı ilə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumların rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılıb.

T.Rüstəmov