CƏMİYYƏT

AVTOQƏZA TIXACA SƏBƏB OLDU

Axşam saatlarında Xırdalan şəhər 20-ci məhəllədə Hundai və BMW markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi şəkildə ziyan dəyib. Hadisə şahidlərinin bildirdiyinə görə Hundai markalı avtomobil sola manevr etmək istəyib, bu zaman hərəkətin əks istiqamətində irəliləyən digər hadisə iştirakçısı buna gec reaksiya verib və qəza baş verib.
Baş vermiş qəza sözügedən yolda digər avtomobillərin hərəkətinə maneə törətdiyi üçün tıxac yaranmasına da səbəb olub.