KRİMİNAL

Bakı metrosunda cibgirlik edən şəxs tutulub

Bakı metrosunda qadın sərnişin, E.N-nin mobil telefonunu cibgirlik yolu ilə oğurlayan şəxs – 1975-ci il təvəllüdlü Sahil Həbibov müəyyənləşdirilərək tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oğurlanan telefon metro polisinin cinayət-axtarış qrupu tərəfindən maddi sübut kimi götürülüb və onun sahibinə qaytarılması təmin olunacaq.