DÜNYA

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Bolqarıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələri barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, məlumata əsasən bülletenlərin 70 faizdən çoxu sayılıb.

Əldə edilən nəticəyə əsasən səsvermənin ikinci turunda hazırkı prezident Rumen Radev seçicilərin 66.6 faizinin səsini toplayıb. Onun rəqibi Anastas Qercikov seçicilərin 32 faizinin etimadını əldə edib. Səs verənlərin 1.47 faizi hər 2 namizədə etimadsızlıq göstərib.

Bülletenlərin sayılması davam edir.