DÜNYA

Bolqarıstanda seçkilərdə Rumen Radev öndədir

Bolqarıstanın hazırkı prezidenti Rumen Radev prezident seçkilərində qalib gəlir.
Səsvermənin ikinci turunda, exit-polların nəticələrinə görə, o, təxminən, 64 faiz səs toplayıb. Onun rəqibi Anastas Gerdjikov 34 faiz səs toplayıb, seçicilərin təxminən 2 faizi hamının əleyhinə səs verib.Seçki fəallığının rekord dərəcədə aşağı olduğunu qeyd edilir. İkinci turda seçicilərin cəmi 33,7 faizi iştirak edib.

T.Rüstəmov