MARAQLI

Facebook və Instagramın kodlama planları Meta tərəfindən təxirə salınıb

Facebook və Instagramda  başdan-başa şifrələmənin tətbiqi planı uşaqların təhlükəsizliyi ilə bağlı mübahisələr fonunda təxirə salınıb. Artıq Facebookun ana şirkəti kimi adlandırılan Meta rəhbərləri tətbiqlərdəki (Apps) mesajlaşma şifrələmələrinin 2023-cü ildə istifadə ediləcəyini söyləyib. Bu o deməkdir ki, həmin prosesdən sonra mesajları yalnız göndərən və qəbul edən oxuya biləcək, hüquq-mühafizə orqanları və Meta isə oxuya bilməyəcək. Uşaqların müdafiəsi ilə bağlı qruplar və siyasətçilər bunun polisin uşaqlara qarşı zorakılıqları araşdırmasına mane ola biləcəyi barədə xəbərdarlıq ediblər. Uşaqlara qarşı Qəddarlığın Qarşısının Alınması üzrə Milli Cəmiyyət (NSPCC), şəxsi mesajlaşmanın “uşaqların cinsi istismarının ön xətti” olduğunu söyləyib. Böyük Britaniyanın Daxili İşlər naziri Priti Patel də bu ilin əvvəlində texnologiyanı tənqid edərək bildirib ki, bu, hüquq-mühafizə orqanlarının işinə ciddi şəkildə mane ola bilər, xüsusilə də, onlayn uşaq istismarına qarşı mübarizədə.