İQTİSADİYYAT

“Fitch”: “SOCAR-ın mənfəəti 2021-ci ildə artacaq”

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Dövlət Neft Şirkətinin (SOCAR) Müstəqil Kredit Profilini (SCP) “b+” səviyyəsində qiymətləndirir, əsas məhdudlaşdırıcı amilin isə yüksək borc yükü olduğu bildirilir. Bu barədə agentliyin açıqlamasında bildirilir. “Borcun kapitalın dəyərinə nisbəti yüksək olsa da, nəzarət altındadır. SOCAR-ın 2020-ci il nəticələri zəif beynəlxalq neft qiymətlərinə baxmayaraq kifayət qədər yüksək olub. Şirkətin bu il daha yüksək beynəlxalq neft qiymətləri və 2021-ci ilin yanvar ayından etibarən tənzimlənən yanacaq qiymətlərinin artması fonunda mənfəətinin artacağını gözləyirik” – deyə agentlik qeyd edir. SOCAR-ın Müstəqil Kredit Profili eyni zamanda şirkətin 12 illik möhkəm təsdiq edilmiş neft ehtiyatlarını, onun gündəlik hasilatının 277 min barel neft ekvivalenti qədər yüksək səviyyədə olmasını nəzərə alır.