KRİMİNAL

Hacıqabul rayonu sakinində qanunsuz silah aşkarlanıb

Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildirilib ki, onun üzərinə keçirilən baxış zamanı gödəkcəsinin altında gizlətdiyi lüləsi və qundağı kəsilmiş odlu silah aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.