Uncategorized

İqlim dəyişikliyi ilə mübarizə insanları yoxsullaşdıracaq

İQTİDAR.AZ   BBC-yə istinadən xəbər verir ki, iqlim dəyişikliyi ilə mübarizəyə qarşı çıxan insanlar tez-tez bildirirlər ki, yerin təkindən çıxarılan yanacaq növləri (onlardan əldə olunan enerji) iqtisadiyyatın inkişafında və artımında böyük rol oynayır. Buna görə də onun tətbiqi və istifadəsinin azaldılması yaşayış xərclərini artıracaq və iqtisadiyyatın zəifləməsini qaçılnılmaz edəcək ki, bu da kasıb təbəqəyə ciddi ziyan vuracaq, lakin bu hələ tam mənzərə deyil. Bu yanacaq növləri keçən əsr boyu insanların daha əvvəllər mümkün olmayan qədər çox və sürətli şəkildə istehlak malları istehsal etməsinə imkan yaratdı. Bu insanların daha çox əmtəə istehsalı və satış edərək varlanmasına yardımçı olurdu. Kömürdən uzaqlaşmaq öküz arabaları və əllə işləyən maşınlar dövrünə qayıtmaq mənasına gəlmir. İndi bizim eyni işi görə biləcək daha güclü və müasir texnologiyalarımız da var. Bir çox yerlərdə artıq külək və günəşdən əldə olunan enerji kömür, neft və qazdan əldə olunan enerjidən daha sərfəli və ucuz başa gəlir. Araşdırmalar göstərir ki, əgər vaxtında qabaqlayıcı tədbirlər görülməsə 2050-ci ilə dünya iqtisadiyyatı təbii fəlakətlər, laqeydlik və iqlim dəyişikliyi səbəbindən 18%-də qədər azala bilər.