MƏDƏNİYYƏT

Nina Ruslanova ilə vida mərasimi.

Rusiyanın əməkdar aktrisası və xalq artisti Nina Ruslanova noyabr ayının 21-də 76 yaşında dünyasını dəyişib. Akrtisa 5 dekabr 1945-ci ildə anadan olub. Karyerası dövründə 150-ə yaxın obraz canlandıran aktrisa Vladimir Vsotskinin də rol aldığı “Qısa Görüşlər”, “Dünyanı tanıyarkən”, “Boz daşlar arasında” filmlərində, “Kölgələr günorta yox olur”, “Qaraçı” çoxserialı filmlərində, “Həyatın xırdalıqları” televiziya serialında və bir çox digər filmlərdə rol alıb. O 1988-ci ildə Dovşenko adına qızıl medalla mükafatlandırılıb. Aktrisa həmçinin “Nika” mükafatına (1988, 1990, 2005, 2011), “Qızıl qartal” (2006), “Çayka” teatral mükafatına (2000) layiq görülüb. Xalq artisti ilə vida mərasimi ayın 24-də Moskva Kino evində keçiriləcək.Bu barədə Aktyorlar Gildiyasının direktoru Valeriy Quşina “Ria novosti” xəbər agentliyinə müsahibəsində bildirib. O aktrisanın Troekurovski məzarlığında dəfn olunacağını da qeyd edib.