DÜNYA

Polis “Amazon”-un məsul işçilərini narkotik qaçaqmalçılığında ittiham edir

Amazonun  Hindistandakı  biznesinin  rəhbərləri  iki  nəfərin vebsaytdan marixuana qaçaqmalçılığı əməliyyatının bir hissəsi kimi istifadə etməsi iddiasına görə ittiham olunublar. Polis keçən həftə mərkəzi Madhya Pradeş əyalətində 20 kq narkotiki Hindistanın digər ştatlarına keçirməkdə şübhəli bilinən iki nəfəri həbs edib. Polislərin dediyinə görə, həmin şəxslər təbii dadlandırıcı olan steviya yarpaqlarını satmaq adı ilə saytda narkotik ticarəti ilə məşğul olublar. Amazon rəhbərləri məlumatı hüquq-mühafizə orqanları ilə paylaşdıqlarını diqqətə çatdırıblar.
“Amazon qeyri-qanuni aktlara qarşı qətiyyən tolerant deyil, qüvvədə olan qayda – qanunlarımızı  pozduqlarına görə fiziki şəxslər və ya üçüncü şəxslərə qarşı sərt tədbirlər görülür.” deyə şirkət rəhbərləri bildirib. Şirkət bir daha qeyri-qanuni məhsulların siyahıya alınmasına və satışına icazə verilmədiyini, bu qaydaları pozan satıcılara qarşı isə sərt tədbirlərin görüləcəyini söyləyib.