KRİMİNAL

Respublikanın daxili işlər orqanları həftəsonu törədilmiş 67 cinayətin üstünü “isti izlər”lə açıblar

Daxili İşlər Nazirliyi (DİN) noyabrın 20-də və 21-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 67 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.