DÜNYA

Şəhərdə atışma. Ölən və yaralanan var

Rəsmi məlumatlara görə, Həmas təşkilatının üzvü olduğu deyilən bir şəxs ötən gün qədim Qüds şəhərində insanların üzərinə atəş açıb. Nəticədə 1 nəfər ölüb və ən az 3 nəfər yaralanıb. İsrail Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə 42 yaşlı fələstinli Şərqi-Qüds sakini insanlara avtomatik silahla atəş açıb. Polis əməkdaşlarının cavab atəşi ilə həmin şəxs zərərsizləşdirilib. Hal-hazırda onunla əlbir olan digər şəxs axtarılır. Yaralılardan biri xəstəxanada həyatını itirib. Digərinin isə vəziyyəti ağır olaraq qalır.Hadisə nəticəsində iki İsrail polisi də zərər çəkib.

Hadisə Məbəd dağı yaxınlığında yerləşən müsəlman və yəhudilərin yaşadıqları kvartalları bir birindən ayıran Zəncir küçəsində baş verib.HƏMAS təşkilatı bu şəxsin onların siyasi qanadının üzvü olduğunu təstiqləyib. Fələstin KİV-ləri onun adının Fadi Əbu Şəhidəm olduğunu qeyd ediblər.

“ O küçələrlə hərəkət edərək çoxsaylı atəşlər açıb.Xoşbəxtlikdən həmin zaman küçələrdə və meydanda az sayda insan olub. Bu səbəbdən çox şükür ki, zərərçəkənlərin sayı az olub. ” – deyə İsrail Daxili Təhlükəsizlik naziri Ömər Bar-Lev bildirib. Fələstinlilərlə İsrail polisi arasında sonuncu ciddi  insident may ayında məlum hadisənin baş verdiyi ərazi yaxınlığında, Əl-Əqsa məscidinin qarşısında baş vermişdi. Ümumiyyətlə Məbəd dağı yaxınlığında bu tip hadisələr çox tez-tez baş verir, lakin odlu silah tətbiqi nadir hallarda olur.