İDMAN

Zidan bu təklifi rədd etdi

Realın keçmiş baş məşqçisi Zinəddin Zidan “Mançester-Yunayted” komandasına rəhbərlik etməkdən imtina edib deyə Cuatro xəbər verir. Mənbənin verdiyi məlumata görə 49 yaşlı fransız bu təklifdən İngilis dilini zəif bildiyi və həyat yoldaşının Böyük Britaniyaya köçmək istəməməsi səbəbindən imtina edib. Qeyd olunur ki, Zidan gələcəkdə “PSJ”-nin və yaxud Fransız milli yığmasının baş məşqçisi olmaq arzusundadır. Xatırladaq ki, noyabr ayının 21-də “Mançester-Yunayted” Ole Qunnar Sulşerin baş məşqçi postundan getdiyini bəyan etmişdi.