MƏDƏNİYYƏT

98 yaşlı azərbaycanlı bəstəkar vəfat edib

Tanınmış azərbaycanlı bəstəkar, Əməkdar incəsənət xadimi Asya Sultanova 98 yaşında dünyasını dəyişib. Tanınmış bəstəkar Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda anadan olub. Atası geoloq, anası isə ingilis dili müəllimi olub. O, 1942–1944-cü illərdə Azərbaycanda konservatoriya təhsili alıb. Növbəti təhsilini Moskva Konservatoriyasında davam etdirib və 1950-ci ildə məzun olub. Bundan sonra daimi olaraq Moskvada yaşayıb. A.Sultanova musiqiçi və aktyor Vladimir Şanskiy ilə ailəli olub. 1963-cü ildə dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevlə tanış olub və birlikdə bəstələr yaradıblar. O, 1967-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

                                                                                        T.Rüstəmov