İQTİSADİYYAT

Azərbaycan təbii qaz ixracını artırıb

Azərbaycanın təbii qaz ixracı cari il ərzində 2019-cu illə müqayisədə 13,4 faiz artaraq 13,4 milyard kubmetrə çatıb. Bu, Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) illik statistik bülletenində öz ifadəsini tapıb. Bülletendə qeyd olunur ki, Azərbaycanın qaz ixracı 2011-ci ildə 6,29 milyard kubmetr, 2012-ci ildə 6,09 milyard kubmetr, 2013-cü ildə 7,68 milyard kubmetr, 2014-cü ildə 7,77 milyard kubmetr, 2015-ci ildə 7,32 milyard kubmetr, 2016-cı ildə 7,62 milyard kubmetr, 2017-ci ildə 8,86 milyard kubmetr, 2018-ci ildə 9,19 milyard kubmetr, 2019-cu ildə isə 11,81 milyard kubmetr təşkil edib. Qeyd edək ki, Azərbaycanda 2020-ci ildə təsdiq olunmuş təbii qaz ehtiyatları 1,917 trilyon kubmetr, ümumi qaz hasilatı isə 35,34 milyard kubmetrə bərabər olub.