SƏHİYYƏ

Bu gün COVID-19 əleyhinə 36 min dozadan çox peyvənd vurulub

Noyabrın 23-də Azərbaycanda 36 min 348 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 698, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 min 728 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 922 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 328 min 843, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 55 min 303, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 532 min 579 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 740 min 961 nəfər təşkil edir.