CƏMİYYƏT

Ermənistanın II Qarabağ müharibəsindəki itkiləri tam açıqlanmayıb

Füzuli rayonunda aparılan axtarışlar zamanı İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun hərbçiləri tərəfindən məhv edilmiş, lakin bu günə qədər itkin düşmüş hesab olunan daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb. Bu barədə Ermənistan mətbuatı xəbər verib. Məlumata görə, onun şəxsiyyəti məhkəmə-tibb ekspertizasının rəyindən sonra müəyyənləşdiriləcək. Ermənistan mətbuatının məlumatına görə, bununla da 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazisində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 698 nəfərə çatıb.
Xatırladaq ki, Ermənistanın Müdafiə Nazirliyi bu günə kimi müharibə itkilərinin dəqiq sayını açıqlamayıb.

T.Rüstəmov