MARAQLI

Faberje yumurtaları və Napaleon

Londonun Viktoriya və Albert muzeyində XX əsrin əvvəllərində Faberje yumurtalarının istehsal edildiyi zərgərlik evininin sahibi Karl Faberjenin firmasına həsr olunmuş sərgi start götürür.Həddən artıq dəyərli daş-qaşla bəzədilmiş bu yumurtalar Romanovlar ailəsi üçün istehsal edilmiş və əvvəllər sadəcə 54 ədəd olmuşdur. Daha sonra xüsusi sifarişlər üçün daha bir neçə ədəd də istehsal edilmişdir. Sərgidə ən azı 15 ədəd yumurta nümayiş etdiriləcək. Muzeydən verilən məlumata görə son bir neçə onillikdə bu qədər Faberje yumurtasının bir arada sərgilənməsi ilk haldır.
Parisdə baş tutmuş Napaleon dönəminə aid sərgi isə o qədər maraqla qarşılanıb ki, onun fəaliyyətini 24 dekabr tarixinə qədər uzadıblar. Ekspozisiya doqquz hissəyə bölünüb. Burada Fransa tarixində baş vermiş mühüm məqamlardan, müstəmləkə imperiyasının yaradılması tarixindən, həmçinin Napaleonun şəxsi həyatından bəhs edən eksponatlar var. İmperatorun ölümünün 200 illiyinin şərəfinə sərgi rəhbərliyi 150-dən çox ekspanatı bir yerə toplayıb.