NİZAMİ İLİ

Kitabxana Nizami Gəncəviyə həsr olunmuş şeir müsabiqəsinin birinci seçim turuna yekun vurub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan şeir müsabiqəsinin birinci seçim turuna yekun vurub.

İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Sabunçu rayonunda yerləşən 75, 67, 148, 215, 209, 4, 130 nömrəli tam orta məktəblərin III-X sinif şagirdləri iştirak ediblər.

Müsabiqənin əsas məqsədi dahi şair Nizami Gəncəvinin ədəbi irsinin məktəblilər arasında təşviqi, uşaqlar arasında mütaliəyə marağın artırılması, mütaliə vərdişlərinin aşılanması, kitabxanalara ictimai marağın genişləndirilməsi, istedadlı uşaqların aşkar olunmasıdır.