DÜNYA

Lukaşenko: “Putin mənə heç bir məsləhət verməyib”

Belarusiya prezidenti Aleksandr Lukaşenko BBC-yə verdiyi müsahibədə miqrasiya böhranı, Belarusiyadakı etirazlar və Rusiya ilə münasibətlərdən bəhs edərkən belə deyib. Aleksandr Lukaşenko BBC müxbiri Stiv Rozenberq ilə müsahibəsində Polşa ilə sərhəddə miqrasiya böhranı, Belarusiya güc strukturlarına qarşı olan təzyiq, dinc etirazçıların döyülməsi və Putinlə münasibətləri haqqında olan suallara cavab verib. O Rusiya prezidentinin ona müxalifətə qarşı necə davranmaq haqqda məsləhətlər verməsini təkzib edib.”Putin və Navalnı nə zaman danışıq masasına oturarsa, o zaman mən də Svetlana (Tixanovskaya) ilə danışıqlar aparmağa başlayaram.”-deyə Belarusiya prezidenti vurğulayıb. Lukaşenko həmçinin qeyd edib ki, miqrantlara Polşa ərazisinə keçməkdə daxildən yardımların olması ehtimalı da var, lakin o bunun şifarişli bir hal olduğunu doğrulamayıb.

İQTİDAR.AZ