İDMAN

Messi bu haqda ilk dəfə öz rəyini bildirdi

Fransanın “PSJ” klubunun öndə gedən oyunçularından olan Lionel Messi Xavinin “Barselona”-nın məşqçisi postuna təyin olunmasına öz fikirlərini bildirib. Bu barədə İQTİDAR.AZ  “Goal.com” saytına istinadən xəbər verir. “O gənc nəsil üçün çox vacib adamdır. Mən şübhə etmirəm ki, məhz o “Barselona”-nı sürətlə inkişaf etdirəcək.”- Messi deyib.
Xavinin təyinatı hələ 6 noyabrdan elan olunmuşdu. Onun bu komanda ilə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. O, bu postda hollandiyalı Ronald Kumanı əvəz edəcək. Xavi məşqçi karyerasına 2019-cu ildə Qətərin “Əl-Səddə ” komandası ilə başlayıb. Bu postda olduğu müddətdə komandanı qızıl medallarla ölkə birinciliyinə aparıb. Oktyabrın 28-də “Barselona” 2020-ci il avqust ayından komandaya rəhbərlik edən baş məşqçi Ronald Kumanın istefa verdiyini bəyan edib. Onun rəhbərliyi dövründə komanda İspaniya kubokunu qazanıb və ölkə çempionatında üçüncü yer tutub.