GÜNDƏM

Müdafiə Nazirliyi: “Ermənistan mətbuatının yaydığı məlumat yalandır”

Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir:
“Azərbaycan ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən, guya, atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır. Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir.”

T.Rüstəmov