SİYASƏT

Peskov Ukrayna rəsmilərini “ekstremist siyasətçilər” adlandırıb

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanı Donbasda təxribat xarakterli davranışlarda ittiham edib. O, Ukrayna rəsmilərini “ekstremist siyasətçilər” adlandırıb və baş verənləri narahatlıqla izlədiklərini bildirib. Kremlin sözçüsü Rusiyanın Ukraynaya qarşı işğal hazırlığı ilə bağlı iddiaya belə cavab verib: “Təxribatlar əhəmiyyətli dərəcədə artır. Üstəlik, bu təxribatlar NATO-nun Ukraynaya verdiyi silahlarla edilir. Bütün bunlar hazırkı Minsk razılaşmalarına ziddir.” Qərb ölkələrinin qəzet və xəbər agentlikləri vasitəsi ilə Rusiyaya qarşı informasiya müharibəsi apardığını deyən Peskov vurğulayıb: “Rusiyanı həll prosesini təhdid edən tərəf kimi təqdim etmək cəhdləri var.” O, Rusiyanın öz ərazisindəki hərbi fəallığının heç kimə qarşı yönəlmədiyini iddia edib.

T.Rüstəmov