DÜNYA

Qazaxıstanda “Nur Otan” Partiyasının sədri səlahiyyətləri dövlət başçısına veriləcək

Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev hakim “Nur Otan” partiyasının sədri səlahiyyətlərinin indiki dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib.

Qeyd edilib ki, səlahiyyətlərin verilməsi proseduru partiyanın nizamnaməsinə uyğun olaraq həyata keçiriləcək.