DÜNYA

Trampa “Qara kəmər” hədiyyəsi

ABŞ-da səfərdə olan Dünya Taekvondo Federasiyasının prezidenti Li Donq Seop Floridada ABŞ-ın sabiq prezidenti Donald Trampla görüşüb. Bu görüşdə Donald Trampa taekvando üzrə 9-cu dan qara kəmər və döyüş sənəti kostyumu hədiyyə edilib.
“Eşitdim ki, Donald Tramp taekvondo ilə çox maraqlanır.” – deyə Dünya Taekvondo Federasiyasının prezidenti qeyd edib. Donald Tramp isə öz növbəsində bildirib ki, əgər seçiciləri ona etimad göstərərsə ABŞ Konqresində taekvando kostyumu geyinəcək: “Bizim dövrümüzdə taekvondo özünü müdafiə etmək üçün əla döyüş sənətidir.”

                                                                                        T.Rüstəmov