DÜNYA

Yol nəqliyyat hadisəsi yenə can aldı

Turistləri daşıyan avtobusun alışması nəticəsində 45 nəfər həyatını itirib. Bolqarıstanda baş verən bu hadisə haqqında yerli xəbər KİV-lərdən biri olan BQNES xəbər verir. İlkin ehtimallara görə həyatını itirənlər arasında 12 azyaşlı da olub. Avtobusda cəmi 52 nəfər olub və onlardan yeddi nəfəri həyatda qalıb. Onlardan bəziləri xəstəxanaya üz və yuxarı tənəffüs yolları yanığı ilə gətiriliblər. Hadisə gecə saat üç radələrində “Struma” şossesinin 31-ci km-də baş verib. Qəza nəticəsində avtobus alışıb. Qeyd edək ki, turist avtobusu Şimali Makedoniyadan Bolqarıstana doğru hərəkətdə olub və Bolqarıstan sərhəddini hadisədən əvvəlki gecə keçib.

İQTİDAR.AZ