MƏDƏNİYYƏT

Abba, Ledi Qaqa və Billi Ayliş Grammy mükafatına namizəddirlər

İsveç qrubu ABBA, amerikalı ifaçılar Leydi Qaqa və Billi Ayliş Amerika musiqi mükafatı olan Grammy mükafatının “Record of the year” kateqoriyası üzrə namizədlər siyahısına daxil olublar. Namizədlərin elan olunması mərasimi çərşənbə axşamı mükafat mərasiminin saytında yayımlanıb. ABBA müsabiqəyə “I Still Have Faith İn You”, Billi Ayliş “Happier Than Ever”, Toni Bennetta və Ledi Qaqa “I Get A Kick Out Of You”(duet) mahnısı ilə qatılıb. Müsabiqədə bundan əlavə amerikalı reper Lil Nas X “ Montero”, kanadalı Castin Biber “Peaches”, Oliviya Rodriqo “Drivers Licence”, rep-duet Silk Sonik “Leave The Door Open” və s. kimi musiqilər də yer alıb. 64-cü Grammy mükafatlandırma mərasimi yanvar ayının 31-də Los-Anceles şəhərində baş tutacaq. Xatırladaq ki, Grammy mükafatının təqdimat mərasimi ilk dəfə 1959-cu ildə keçirilib. Həmin mərasim eyni anda iki şəhərdə, Los-Anceles və Nyu-York şəhərlərində baş tutmuş və 20 nominasiya üzrə mükafatlar təqdim edilmişdi.