DÜNYA

Asteroidlərlə mübarizədə yeni üsul…

SpaceX şirkəti ilk dəfə olaraq son hədəfdə asteroidlə toqquşmalı olan kosmik raketin buraxılışını uğurla həyata keçirib. Bu sayədə NASA Yerin asteroidlərdən müdafiəsi üçün nəzərdə tutulan yeni sistemini sınaqdan keçirmək və toqquşmanın səma kütlələrinin trayektoriyasını necə və nə qədər dəyişəcəyini araşdırmaq fikrindədir. 2017-ci ildən etibarən Milli Aeronavtika və Kosmik Tədqiqatlar Mərkəzi süni peyklərlə toqquşma nəticəsində asteroidin öz trayektoriyasını nə qədər dəyişəcəyi üzərində tədqiqatlar aparır. 2019-cu ildə təcrübə üçün hazırlıqlar görən SpaceX şirkəti bunu hətta YouTube vasitəsi ilə yayımlamışdı. Hədəf olaraq “Didymos”(yunanca əkizlər) adlı ikicisimli asteroid seçilmişdi. Ölçüsü 160 m olan “Didymos” ölçüsü 780 m olan “Didymos A” ətrafında fırlanırdı. İkicisimli asteroid 2022 və 2024-cü illərdə Yer kürəsi yaxınlığından təhlükə törətmədən ötüb keçməli idi.
DART adlı kosmik gəmi SpaceX şirkətinin Falcon 9 raketi ilə kosmosa göndərildi. Şirkət raketin birinci pilləsinin artıq üçüncü dəfə istifadə olunduğunu bildirib. DART kosmik gəmisi 610 kq ağırlığa malikdir. O, asteroidlərə çatmaq üçün 10 ay yol qət edəcək və toqquşma anında sürəti 24.140 km/saat olacaq.