İQTİSADİYYAT

Azərbaycan hökuməti gələn il turizm sektorunda 48 faiz artım gözləyir

Gələn il Azərbaycanın turizm sektorunda 48 faiz artım olacağı gözlənilir. Bu, Milli Məslisin plenar iclasında “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşunun müzakirəsində bildirilib. Qeyd edilib ki, proqnozun kəskin artımı post-pandemiya dövründə bu sahədə sıçrayışlı artım gözlənilməsi ilə bağlıdır. Növbəti illərdə də turizmdə ikirəqəmli artım olacaq.