İQTİSADİYYAT

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu ilin əvvəlindən 13 faiz artıb

Bu ilin noyabrın 1-nə Azərbaycanın bank sektorunda kredit qoyuluşlarının həcmi 15 997,3 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu göstərici son bir ayda 2,9 faiz, ilin əvvəlindən isə 13 faiz artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 11 faiz artıb.