SƏHİYYƏ

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 24.11.2021-ci ilə olan məlumatı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1924 yeni yoluxma faktı qeydə alınıb. Son sutka ərzində 1873 nəfər sağalaraq evə buraxılıb, 23 nəfər isə vəfat edib. Qeyd edək ki, ümumi yoluxanların sayı 578627, ümumi sağalanların sayı 543200, aktiv xəstə sayı 27718, ümumi ölüm sayı isə 7709 nəfər təşkil edir.

Ölkə ərazisində gün ərzində Covid-19 əleyhinə 4229 nəfər 1-ci mərhələ üzrə, 6418 nəfər 2-ci mərhələ üzrə, 23827 nəfər isə “Buster” doza üzrə olmaqla, ümumi 34474 nəfər vaksinasiya olunub. Onu da qeyd edək ki, ölkəmizdə 1-ci mərhələ üzrə 5059543, 2-ci mərhələ üzrə 4538992,”Buster” doza üzrə 764782, ümumilikdə isə 10363317 nəfərə vaksin vurulub.