CƏMİYYƏT

FHN: Ötən sutka ərzində üç nəfər xilas olunub

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 27 halda yanğına çıxış və üç halda köməksiz vəziyyətdə qalma faktı ilə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatlarının xilas olunması təmin edilib. Sutka ərzində FHN-in qüvvələri tərəfindən üç nəfər xilas olunub.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.