DÜNYA

İtaliyada 3-cü doza peyvənd üçün gözləmə müddəti 5 aya endirilib

Covid hadisələrinin artdığı İtaliyada hökumət 3-cü doza peyvəndlərin son dozadan 5 ay sonra tətbiq edilməsinə qərar verib. Səhiyyə naziri Roberto Speranza İtaliya Dərman Agentliyinin (AIFA) təsdiqi ilə peyvəndin ilk dozasını tamamlayanların 5 ay sonra gücləndirici doza ala biləcəyini açıqlayıb. İndiyədək 40 yaş və üzəri olan şəxslərə xatırlatma dozası üçün peyvəndin son dozasından 6 ay sonraya təyinat verilirdi. İtaliyanın rəsmi qəzetində dərc olunan gücləndirici doza üçün gözləmə müddətinin 6 aydan 5 aya endirilməsi qərarı bu gündən etibarən tətbiq olunacaq. Səhiyyə naziri Speranza: “Booster dozası özümüzü və ətrafımızdakıları qorumaq üçün çox vacibdir. AIFA son rəyini verdikdən sonra, gücləndirici dozalar ilk peyvənd dövrünü tamamladıqdan 5 ay sonra vurula bilər. Gəlin hamımız daha güclü olmaq üçün peyvənd olunaq!”