DÜNYA

Planetin ən yaşlı insanı vəfat edib

Filippində dünyanın ən yaşlı insanı hesab edilən 124 yaşlı Françiska Susano vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb. Yerli səhiyyə idarəsi yaşlı qadında virus xəstəliyinin heç bir əlamətinin olmadığını bildirib. Vurğulanıb ki, mərhumun planetin ən yaşlı insanı statusu rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənib. Susano 11 sentyabr 1897-ci ildə anadan olub.

 

T.Rüstəmov