CƏMİYYƏT

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə vəsait ayrılacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə dövlət büdcəsindən vəsait ayrılacaq. Bu barədə baş nazir Əli Əsədov müvafiq sənəd imzalayıb. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”-na müvafiq dəyişiklikdə Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə vəsait ayrılması nəzərdə tutulur.

T.Rüstəmov