İQTİSADİYYAT

Qeyri-neft sənayesində 8 faizdən çox artım proqnozlaşdırılır

Cari məzənnə və makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər həm monetar, həm də iqtisadi siyasət çərçivəsində görüləcək. Artım nəticəsində adambaşına düşən ümumdaxili məhsulumuz 10 min manatı keçəcək. Bu sözləri Milli Məclisin iclasında İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. O bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2022-2026-ci ildə dünyada iqtisadi orta illik artım tempinin 3,7 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 4,6 faiz olması proqnozlaşdırılır. “Bizim strategiyamızın icrası nəticəsində qeyri-neft sektorunun (5 faizdən çox) və ÜDM-nin (4 faiz ətrafında) artımı BVF-nin proqnozlarından yüksəkdir. Təkanverici sahələrimiz qeyri-neft sənayesi olacaq. Burada 8 faizdən çox artım proqnozlaşdırılır.”