İQTİSADİYYAT

Regionların inkişafı proqramına indiyədək bütün mənbələr hesabına 90 milyard manatdan çox vəsait yönəldilib

Bunu Milli Məclisin iclasında İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Nazir müavini qeyd edib ki, 2019-2023-cü illər üçün regionların inkişafı proqramı üzrə indiyədək 13 milyarddan çox vəsait yönəldilib. Bu məsələ nazirliyin diqqət mərkəzindədir. Bu proqram vasitəsilə regionların infrastruktur problemlərinin həlli nəzərdə tutulur.